NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verəcək - Hulusi Akar

17:00 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır.

Hafta.az xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.

İki ölkə arasındaki mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayan nazir deyib: “Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək. NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”.